18 sentyabr 2025-ci il tarixdə Ağstafa MKS-nin 3 saylı uşaq ədəbiyyatı bölməsində Ağstafa rayonu üzrə gənclər və idman sektorunun , Ağstafa rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin, Ağstafa rayon Heydər Əliyev Mərkəzinin və Ağstafa rayon Günərzi Qayğı Mərkəzinin kollektivinin iştirakı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Müstəqilliyimiz daimidir, dönməzdir və əbədidir” mövzusunda tədbir keçirilib.
“Tehsil365” xəbər verir ki, tədbirdə öncə Ümummilli Lider Heydər Əliyevin, Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra Ağstafa rayonu üzrə gənclər və idman sektorunun müdiri Turan Hüseynov, MKS-nin direktoru Solmaz Nağıyeva, direktor müavini Göyçək Sadıqova, Heydər Əliyev Mərkəzinin direktoru Ləman Cəlilova və mərkəzin əməkdaşı Aysu Hacızadə çıxış edərək Azərbaycanın dövlət müstəqilliyinin tarixi əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi istiqamətində görülən işlər, həmçinin gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasının vacibliyindən danışıblar.
Çıxışlarda, eyni zamanda, 2025-ci ilin ölkə başçısı cənab İlham Əliyevin sərəncamı ilə “Konstitusiya və Suverenlik İli” elan edilməsinin böyük siyasi və tarixi əhəmiyyət daşıdığı vurğulanmış, bu qərarın gənclər arasında hüquqi maarifləndirmənin və vətənpərvərlik tərbiyəsinin gücləndirilməsində mühüm rol oynadığı qeyd edilmişdir.
Tədbirdə ümumilikdə 42 nəfər iştirak etmişdir.