Təhsil 365 - Logo Mobile

Ümumi təhsil müəssisələrində yeni təmayül tədris modelinin tətbiqinə başlanılıb

10818.09.2025 - 12:47
Ümumi təhsil müəssisələrində yeni təmayül tədris modelinin tətbiqinə başlanılıb

2025–2026-cı tədris ilindən etibarən ölkənin bir sıra ümumi təhsil müəssisələrində tam orta təhsil səviyyəsi üzrə yeni təmayül tədris modeli pilot qaydada həyata keçirilməyə başlayıb.

Qazax - Tovuz regional təhsil idarəsindən “Tehsil365”ə məlumat verilib ki, yeni modelin əsas məqsədi X–XI sinif şagirdlərinə maraq və meyillərinə uyğun istiqamətlərdə dərinləşdirilmiş təhsil almaq imkanı yaratmaq, müəllimlər üçün isə təmayül siniflərində müasir tədris şəraitinin təmin edilməsidir.

Layihə ilkin olaraq Bakı, Sumqayıt, Gəncə, Siyəzən, İmişli, Sabirabad, Beyləqan, Xaçmaz, Goranboy, Neftçala, Quba, Şəki və Lənkəran şəhərlərində yerləşən seçilmiş məktəblərdə tətbiq olunur.

Yeni model çərçivəsində təmayül siniflərdə dərs deyəcək müəllimlər müəyyən tələblərə cavab verməlidirlər. Belə ki, sertifikatlaşdırma imtahanında minimum 51 bal, müəllimlərin işə qəbulu imtahanında isə ən azı 81 bal toplamalı (sertifikatlaşdırmaya cəlb olunmamış müəllimlər üçün nəzərdə tutulur) və ən azı 3 il pedaqoji təcrübəyə sahib olmalıdırlar.

Qeyd olunub ki, bu yenilik şagirdlərin fərdi inkişaf imkanlarını artırmağa, onların seçdikləri sahələrdə daha dərin bilik əldə etməsinə, həmçinin ümumi təhsil pilləsində təmayülləşmənin səmərəliliyinin yüksəldilməsinə xidmət edəcək.

Türkan Kərimli

Haber akışı

Şu anda haber akışın da haber yok...