Təhsil 365 - Logo Mobile

NDU ilə referans Naxçıvan tibbi mərkəzi arasında anlaşma memorandumu imzalanıb

22718.09.2025 - 13:22
NDU ilə referans Naxçıvan tibbi mərkəzi arasında anlaşma memorandumu imzalanıb

Naxçıvan Dövlət Universiteti ilə referans Naxçıvan Tibbi Mərkəzi arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Naxçıvan Dövlət Universitetindən “Tehsil365”ə məlumat verilib ki, universitetdə keçirilən görüşdə NDU-nun rektoru Elbrus İsayev, Referans Naxçıvan Tibbi Mərkəzinin direktoru Ülvi Əkbərov və hər iki qurumun nümayəndələri iştirak ediblər.

Görüş zamanı qarşılıqlı əməkdaşlığın əhəmiyyəti vurğulanıb, ortaq fəaliyyətlərin işbirliyini gücləndirəcəyi bildirilib. Tərəflər kadr hazırlığında keyfiyyətin artırılması, əmək bazarında peşəkar mütəxəssislərin formalaşdırılması istiqamətində birgə təşəbbüslərin önəmini qeyd ediblər.

Memorandum çərçivəsində tələbələrin tibbi müayinələrdə iştirakı, Türkiyə və Bakıdan dəvət olunacaq professor və həkimlərin iştirakı ilə praktiki dərslərin təşkili nəzərdə tutulub. Eyni zamanda tələbə və əməkdaşlara Referans Tibb Mərkəzinin filiallarında tibbi xidmətlər üzrə güzəştlərin tətbiqi, Tibb fakültəsi üçün klinik baza imkanının yaradılması razılaşdırılıb.

Tərəflər həmçinin əməkdaşlıq istiqamətlərinin icrası üçün məsul şəxslər və işçi qruplar təyin ediblər. Tədbirin sonunda Anlaşma Memorandumu imzalanıb, qarşılıqlı hədiyyələr təqdim olunub və xatirə fotosu çəkdirilib.

Türkan Kərimli

Haber akışı

Şu anda haber akışın da haber yok...