Təhsil 365 - Logo Mobile

Tanınmış tarixçi İlber Ortaylının Naxçıvan proqramı açıqlanıb

33718.09.2025 - 14:52
Tanınmış tarixçi İlber Ortaylının Naxçıvan proqramı açıqlanıb

20-23 sentyabr 2025-ci il tarixlərində tanınmış türkiyəli tarixçi alim, Türk Tarix Qurumunun Fəxri Üzvü və yazıçı İlber Ortaylı Naxçıvana səfər edəcək.

Naxçıvan Dövlət Universitetindən “Tehsil365”ə məlumat verilib ki, universitetinin təşkilatçılığı ilə reallaşacaq səfər çərçivəsində alim universitetin tələbə və müəllim heyəti, həmçinin Naxçıvan ictimaiyyəti ilə görüşlər keçirəcək, onların suallarını cavablandıracaq.

Sentyabrın 21-i proqram çərçivəsində İlber Ortaylı Naxçıvan şəhəri ilə tanış olacaq, tarixi Əlincə qalası və Ordubad rayonuna səfər edəcək. 22 sentyabrda isə Ulu Öndər Heydər Əliyev Muzeyi və Mustafa Kamal Atatürkün Naxçıvanda ucaldılmış abidəsi ziyarət olunacaq. Eyni gün Naxçıvan Dövlət Universitetinin nəzdindəki Beynəlxalq Kembric Məktəbində alimin kitablarının təqdimatı və imza günü keçiriləcək, günün sonunda Heydər Əliyev Sarayında yerli ictimaiyyətlə görüş təşkil olunacaq.

İlber Ortaylı 1947-ci ildə Avstriyada anadan olub, Ankara Universitetinin Tarix Bölməsini bitirib və magistr təhsilini Çikaqo Universitetində alıb. 1974-cü ildə doktorluq dissertasiyasını müdafiə edən alim 1979-cu ildə dosent, 1989-cu ildə professor elmi dərəcəsinə layiq görülüb. O, Osmanlı, Avropa və Şərq mədəniyyəti üzrə dərin biliklərə malikdir və çoxsaylı elmi məqalə və kitabların müəllifidir. Professorun əsərləri həm elmi dairələrdə, həm də geniş oxucu kütləsi arasında maraqla qarşılanır.

Türkan Kərimli

Haber akışı

Şu anda haber akışın da haber yok...