Hadisə Naxçıvan Şəhər İ.Səfərov adına 1 saylı orta məktəbdə baş verib.
‘’Tehsil365’’ Oxu.az-a istinadən xəbər verir ki, o, Asudə Məmmədovanı qanunsuzluqda ittiham edib və müəllimlə direktor arasında mübahisə yaranıb. Mübahisə nəticəsində S.Qənbərova direktoru döyərək ona xəsarətlər yetirib.
Hadisə yerinə polis əməkdaşları gəliblər və faktla bağlı cinayət işi başlanıb.
Naxçıvan Şəhər Məhkəməsində keçirilən prosesdə S.Qənbərova məktəb direktoruna dəymiş ziyanı ödəyib və onlar arasında barışıq elan olunub. Məhkəmənin qərarı ilə cinayət işinə xitam verilib və S.Qənbərova məsuliyyətdən azad edilib.