Lənkəran rayonunun M.Qarayev adına Zövlə kənd orta məktəbində qalmaqallı hadisə baş verib.
“Tehsil365” xəbər verir ki, məktəbin direktor müavininin həm şagirdi, həm də texniki işçi olan xadiməni döydüyü bildirilir.
Hadisə yerli sakinlər və məktəb əməkdaşları arasında böyük narazılıq yaradıb. Hazırda faktla bağlı araşdırma aparılır.