Təhsil 365 - Logo Mobile

Kitabxana müdiri vakansiyası üzrə qeydiyyat başlayıb

3824.09.2025 - 17:30
Kitabxana müdiri vakansiyası üzrə qeydiyyat başlayıb

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində kitabxanaçı vəzifəsində çalışan və kitabxana müdiri vəzifəsinə keçmək istəyən namizədlər üçün qeydiyyat mərhələsi başlayıb.

“Tehsil365” xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsi qeyd edib.

Bildirilib ki, sözügedən vəzifə üzrə namizədlər 26 sentyabr 2025-ci il saat 12.00-dək qeydiyyatdan keçə bilərlər.

Namizədlərin orta ixtisas təhsili olduğu halda 5 ildən az olmayaraq, ali kitabxanaçılıq və ya ali pedaqoji təhsili olduğu halda isə 3 ildən az olmayaraq kitabxana işi sahəsində əmək stajı olmalıdır.

Namizədlər https://docs.google.com/forms/d/e/1FAIpQLSe8j6xOByiz4jt55odni-cKo6Pv5fnFeiomHYzc7INbAmrzBw/viewform?pli=1 vasitəsilə qeydiyyatdan keçə bilərlər.

Xədicə Paşayeva

Haber akışı

Şu anda haber akışın da haber yok...