Təhsil 365 - Logo Mobile

Şagird sinif yoldaşlarının gözü qarşısında alçaldıldı

16226.09.2025 - 06:40
Şagird sinif yoldaşlarının gözü qarşısında alçaldıldı

Hadisə 281 saylı tam orta məktəbin 7ci sinifində baş verib. Şagirdə qarşı zoralıq olmasıyla bağlı iddialar yayılıb.

‘’Tehsil365’’ xəbər verir ki, məktəb rəhbərliyi və müəllimlərlə əlaqə yaratmağa çalışılsa da, bu cəhdimiz baş tutmayıb. Bakı Şəhər Təhsil İdarəsinə göndərilən sorğu nəticəsində şagirdlərin öz sinif yoldaşlarına etdiyi zorakılıq iddiaları öz təsdiqini tapdı. Məlumata görə, 281 nömrəli məktəbin rəhbərliyi məsələni öz nəzarətinə götürüb və aiddiyatı qurumlarla birlikdə tədbirlər görüləcəyini qeyd edib. Məktəbin psixoloqu da həmin şagirdlərlə söhbətlər aparacağını deyib.

Qurumdan alınan məlumata görə, zorakılığa məruz qalan şagird məktəb qaydalarını mütamadi olaraq pozur, dərs prosesi zamanı aqressiv hərəkətlər edirdi. Bununla bağlı məktəblinin valdeyni dəfələrlə məktəbə dəvət edilərək, övladının davranışlarıyla əlaqəli məlumatlandırılıb. Lakin, müsbət nəticə əldə edilməyib. Qeyd edək ki, hal-hazırda hüquq mühafizə orqanları hadisəylə əlaqəli araşdırmalar aparır.

Sevinc Yarməmmədova

Haber akışı

Şu anda haber akışın da haber yok...