Təhsil 365 - Logo Mobile

Özəl məktəbəqədər təhsil müəssisələri üçün qrant müsabiqəsi elan olunub

9026.09.2025 - 13:15
Özəl məktəbəqədər təhsil müəssisələri üçün qrant müsabiqəsi elan olunub

2025/2026-cı tədris ilində məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsi məqsədilə özəl müəssisələr üçün qrant müsabiqəsi elan edilib.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən “Tehsil365”ə məlumat verilib ki, yeni model valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanacaq.

Müsabiqə çərçivəsində 1–5 yaşlı uşaqların məktəbəqədər təhsilə cəlb edilmə səviyyəsinin 50 faizə çatdırılması nəzərdə tutulur. Bundan əlavə, özəl məktəbəqədər müəssisələrində maksimum 5300 uşağın maliyyələşdirilməsi imkanı mövcud olacaq.

Müraciət üçün son tarix 10 oktyabr 2025-ci il müəyyən edilib.

Türkan Kərimli

Haber akışı

Şu anda haber akışın da haber yok...