Milli Təhsil Nazirliyi 81 vilayətin rəhbərliyinə 24 Noyabr Müəllimlər Günü münasibətilə xüsusi təlimat göndərib.
“Tehsil365” xəbər verir ki, bu barədə xarici media məlumat verib.
Tədbirlər çərçivəsində müəllimlər, şagirdlər və valideynlər arasında hekayə, şeir, foto və qısa film müsabiqələri keçiriləcək. Bundan başqa, yeni müəllimlərin andiçmə mərasimləri və uzunmüddətli xidmət edən pedaqoqlara fəxri diplomların təqdim olunması da planlaşdırılıb.