Təhsil 365 - Logo Mobile

IELTS nədir və nə üçün lazımdır?

10927.09.2025 - 18:10
IELTS nədir və nə üçün lazımdır?

IELTS imtahanı, ingilis dilinin istifadə olunduğu ölkələrdə təhsil almaq, habelə xaricə miqrasiya etmək istəyən şəxslər üçün keçirilən beynəlxalq imtahandır.

“Tehsil365” xəbər verir ki,Dünyanın qabaqcıl ölkələrində yerləşən universitetlərə qəbul olmaq, işləmək və ya yaşamaq üçün lazım olan əsas tələblərdən biridir. Hazırda IELTS sertifikatı 140 ölkədə 10,000 qurum tərəfindən tanınır. IELTS imtahanının 2 növü mövcuddur: Academic və General IELTS.

Academic IELTS


Xarici universitetlərdə təhsil almaq istəyənlər üçün bu imtahan vacibdir. Çünki universitetə qəbul prosesində tələb olunan əsas sənədlərdən biri məhz IELTS sertifikatıdır. Tələb olunan bal universitetə görə dəyişir. Lakin bir çox hallarda minimal olaraq 6.5 bal tələb olunur.

General IELTS


Bu imtahan adətən xarici ölkələrə miqrant kimi gedib, orada işləmək istəyən namizədlər üçündür. Bu imtahan daha çox namizədlərin iş mühitində ingilis dilini istifadə etmə bacarıqlarını yoxlamaq üçün nəzərdə tutulub.

Akademik IELTS imtahanı ilə strukturları eyni olsa da, bəzi hissələrdə fərqliliklər mövcuddur. Oxuma və yazma bölmələri nisbətən daha asandır.

“IELTS”in imtahan strukturları

Academic və ya General IELTS imtahanlarının strukturları eynidir, yəni hər iki halda da sizdən aşağıdakı imtahanları verməyiniz tələb olunacaq:

  • Reading (Oxuma)

  • Writing (Yazma)

  • Listening (Dinləmə)

  • Speaking (Danışma)

 

Namizəd imtahan verməsi üçün Rəsmi IELTS İmtahan Mərkəzinə dəvət olunur. Reading, Writing, və Listening imtahanları yazılı formatda, eyni gündə keçirilir. Speaking isə fərqli gündə və üzbəüz formatda keçirilir. İmtahanın vaxtı namizədə əvvəlcədən bildirilir.

Reading (Oxuma)

Namizədə 3 ayrı mətn üzrə ümumilikdə 40 sual verilir. Bu sualları cavablandırmaq və cavabları cavab kartına yazmaq üçün 60 dəqiqə (1 saat) vaxt ayrılır. Mətnlər isə asandan çətinə doğru tərtib olunur.

Oxuma bacarıqlarınızı inkişaf etdirmək üçün elmi məqalələrkitablar oxumağınız tövsiyə olunur. Həmçinin, internet resurslarından istifadə edə bilərsiniz.

 

Writing (Yazma)

Writing bölməsi 2 hissədən ibarətdir və 2 mətn yazılması tələb olunur. Tapşırıqları yerinə yetirmək üçün 60 dəqiqə vaxt verilir.

Birinci hissədə namizədə verilmiş vizual məlumatlar əsasında minimum 150 sözdən ibarət mətn yazmaq tələb olunur. İkinci hissədə isə verilmiş hər hansı bir fikir və ya arqument haqqında namizədin fikrini əks etdirən, minimum 250 sözdən ibarət essay (inşa) yazmaq tələb olunur.

2-ci hissəyə daha çox bal verilir. Namizədin leksik və qrammatik dəqiqliyə əməl etməsi yüksək qiymətləndirilir.

 

Listening (Dinləmə)

Bu bölmə 4 hissədən ibarətdir və ümumilikdə 40 sual nəzərdə tutulub. Hər bir hissə üçün namizədlər səs yazılarını dinləyib müvafiq sualları cavablandırmalıdır.

Digər bölmələrdən fərqli olaraq, bu hissəyə 30 dəqiqə vaxt ayrılır. Səs yazıları bitdikdən sonra cavabları cavab kartına köçürmək üçün əlavə olaraq 10 dəqiqə vaxt verilir. Hər sual 1 balla qiymətləndirilir.

 

Speaking (Danışma)

Digər bölmələrdən fərqli olaraq, Speaking imtahanı üzbəüz şəkildə keçirilir. Namizədin səsi imtahanı götürən şəxs tərəfindən yazılır. İmtahan isə 3 hissədən ibarətdir.

İlk hissədə namizəddən özünü təqdim etməsi istənilir və sadə, ümumi suallar verilir.
Növbəti hissədə isə namizədə bir sual kartı təqdim olunur və bu sualı cavablandırması üçün hazırlaşmağa 1 dəqiqə vaxt verilir. Hazır olduqdan sonra namizəd 2 dəqiqə müddətində təqdim olunmuş suala dolğun cavablar verməlidir. Əgər 2 dəqiqədən az bir müddətdə cavabını bitirərsə, bu, veriləcək bala təsir edə bilər.
Son hissədə isə 2-ci hissədəki verilmiş sual (mövzu) haqqında daha detallı suallar verilir və namizədin yekun fikirlərini bildirməsi istənilir. Bu hissəyə təxminən 4-5 dəqiqə vaxt ayrılır.
Danışıq zamanı əsas diqqət namizədin tələffüzünə, leksik qaydalara riayət etməsinə və fikirlərinin anlaşıqlı olmasına yetirilir.
 

IELTS imtahan mərkəzləri

Hazırda Bakıda IELTS imtahanları “Barratson” və “British Council” mərkəzlərində keçirilir.

IELTS imtahan tarixləri 2025

 

Yanvar

3-31 tarixləri

Fevral

1-6, 8, 22 tarixləri

Mart

2, 8 tarixləri

Aprel

5 tarixi

May

4, 24 tarixləri

İyun

1, 21 tarixləri

İyul

5, 26 tarixləri

Avqust

2, 23 tarixləri

Sentyabr

6, 13 tarixləri

Oktyabr

4,18 tarixləri

Noyabr

15,22 tarixləri

Dekabr

13, 20 tarixləri

 

 IELTS imtahan qiyməti

IELTS imtahanının qiyməti "General Training" və ya "Academic" olmasından asılı olmayaraq 445 AZN təşkil edir.

 

Gülay Qasımova

Haber akışı

Şu anda haber akışın da haber yok...