Təhsil 365 - Logo Mobile

Məktəbəqədər təhsilə cəlb olunan uşaqların faizi 40%-ə çatdı

10228.09.2025 - 11:21
Məktəbəqədər təhsilə cəlb olunan uşaqların faizi 40%-ə çatdı

Mükəmməl təhsil sisteminə doğru irəliləmək üçün daha çox uşağın məktəbəqədər təhsilə cəlb edilməsi vacibdir.

“Tehsil365”xəbər verir ki, bu sözləri 2025-2026-cı tədris ilinə həsr olunmuş tədbirdə elm və təhsil naziri Emin Əmrullayev deyib.

O bildirib ki, məktəbəqədər təhsilə cəlb olunan uşaqların sayı artdıqca, əldə olunan nəticələr də yaxşılaşır:

“Məktəbəqədər təhsilə cəlb olunan uşaqların faizinə baxsaq, biz 16 faizdən 40 faizə çatmışıq. Bu, müsbət haldır”.

Nazir əlavə edib ki, hər il təxminən 30-40 min uşaq məktəbəqədər təhsilə cəlb edilir.

Rəvanə Rəsulova

Haber akışı

Şu anda haber akışın da haber yok...