Təhsil 365 - Logo Mobile

Kiyev Kardiologiya İnstitutu dronla vuruldu

10628.09.2025 - 13:00
Kiyev Kardiologiya İnstitutu dronla vuruldu

Rusiya ordusunun sentyabrın 28-ə keçən gecə Kiyevə kütləvi hava hücumu zamanı Ukrayna Milli Elmlər Akademiyasının Kardiologiya İnstitutu da dağılıb.

“Tehsil365” verdiyi məlumata görə, dron zərbəsi nəticəsində xəstəxananın 4-cü mərtəbəsi yararsız hala düşüb.

Kiyev Hərbi Administrasiyasının rəhbəri Timur Tlaçenko açıqlamasında bildirib ki, hava hücumu zamanı Kiyev şəhərinin 7 rayonunun 20 lokasiyasına ziyan dəyib.

"Təəssüf ki, 4 nəfər həlak olub. Hava hücumu kütləvi və çoxkombinasiyalı olub. Dronlar və raketlərdən istifadə edilib. Dayandığımız Kardiologiya İnstitutunda isə 2 nəfər həyatını itirib. Biri pasiyent, biri isə tibb işçisi olub. Hazırda araşdırırıq ki, hava həyəcanı zamanı onlar nə üçün sığınacaqda olmayıblar”, - deyə Tlaçenko əlavə edib.

Ukrayna Silahlı Qüvvələrinin açıqlamasına görə, bu gecə ölkə ərazisinə ümumilikdə 600-ə yaxın dron, 48 müxtəlif tipli raket atılıb. Əsas hədəf Kiyev şəhəri olub.

Zəhra Feyzizadə

Haber akışı

Şu anda haber akışın da haber yok...