Təhsil 365 - Logo Mobile

Dövlət Dumasında məktəbəqədər müəllimlərin maaşlarının 100 min rubla qaldırılması təklif edildi

10828.09.2025 - 14:21
Dövlət Dumasında məktəbəqədər müəllimlərin maaşlarının 100 min rubla qaldırılması təklif edildi

Məktəbəqədər təhsil müəllimlərinin əməkhaqqıları məktəb müəllimlərinin maaşlarına uyğunlaşdırılmalı və ən azı 100 min rubl olmalıdır. Bu təşəbbüsü “Ədalətli Rusiya – Həqiqət naminə” partiyasının sədri, Dövlət Dumasındakı fraksiyanın lideri Sergey Mironov irəli sürüb.

“Tehsil365” xəbər verir ki, S.Mironov qeyd edib ki, bu gün müəllimlər Rusiya Prezidenti Vladimir Putinin may sərəncamlarına əsasən ölkə üzrə orta maaşdan az olmayan əməkhaqqı almalıdırlar.

“Rəsmi məlumata görə, bu gün bu göstərici təxminən 100 min rubldur. Məktəbəqədər müəssisələrdə çalışan işçilərin əməyini qiymətləndirərkən də bu məbləğə əsaslanmaq lazımdır”, – deyə Mironov TASS agentliyi ilə söhbətində bildirib.

Bundan əlavə, o vurğulayıb ki, məktəbəqədər yaşlı uşaqlarla işləmək böyük güc, həmçinin tam fədakarlıq tələb edir. Məhz bu yaş dövründə uşaqlarda bilik və bacarıqların əsası qoyulur, ətraf aləmə maraq formalaşır.

27 sentyabr Rusiyada Tərbiyəçi və bütün məktəbəqədər işçilərin günü kimi qeyd olunur. Bu tarix təsadüfi seçilməyib. 1863-cü ildə məhz bu gündə Rusiyada ilk uşaq bağçası açılıb. Yalnız Moskvada bu gün 20 min ixtisaslı peşəkar tərbiyəçi fəaliyyət göstərir.

Bundan əvvəl Rusiya Təhsil Nazirliyinin rəhbəri Sergey Kravtsov bildirmişdi ki, nazirlik ölkə üzrə müəllimlərin əməkhaqlarının artırılmasını mümkün hesab edir.

Violetta Əhmədova

Haber akışı

Şu anda haber akışın da haber yok...