2025/2026-cı tədris ili üçün məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə modelinin tətbiqi ilə məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsi məqsədilə qrant müsabiqəsi elan olunub. Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb.
Agentlikdən “Tehsil365”ə bildirilib ki, müsabiqə çərçivəsində məktəbəqədər təhsilə cəlb edilmiş uşaqların 1-5 yaş qrupunda əhatə faizinin 50 faizə çatdırılması nəzərdə tutulur.
Məlumata görə, müsabiqədə iştirak edən özəl məktəbəqədər təhsil müəssisələrində maksimum 5 300 təhsilalanın maliyyələşdirilməsi mümkündür.
Müraciətlərin qəbulu üçün son tarix 10 oktyabr 2025-ci ildir.

