Təhsil 365 - Logo Mobile

Beynəlxalq tələbəsi çox olan şəhərlər tələbələr üçün bu üstünlükləri təqdim edir

12529.09.2025 - 04:12
Beynəlxalq tələbəsi çox olan şəhərlər tələbələr üçün bu üstünlükləri təqdim edir

Son illərdə beynəlxalq tələbə axını bir çox şəhərlərdə əhəmiyyətli dərəcədə artıb. Universitetlərin və təhsil proqramlarının qlobal səviyyədə tanınması, tələbələrin fərqli mədəniyyətləri öyrənməsinə və geniş təcrübə qazanmasına şərait yaradır. Beynəlxalq tələbələrin sayı artdıqca, həmin şəhərlərin sosial və iqtisadi strukturlarında da dəyişikliklər müşahidə olunur.

"Tehsil365" xəbər verir ki, hazırda ən çox beynəlxalq tələbəsi olan şəhərlər arasında London, Toronto, Melbourne və Paris xüsusi diqqət çəkir. Bu şəhərlərdə yerləşən universitetlər tələbələrəzəngin mədəniyyət və karyera imkanları təqdim edir.

Ekspertlər qeyd edir ki, beynəlxalq tələbələrin çox olduğu şəhərlər daha rəngarəng və innovativ mühit yaradır. Bu isə tələbələr üçün ünsiyyət bacarıqlarının inkişafı, geniş perspektivlər və fərqli yanaşmaların öyrənilməsi deməkdir. Gələcəkdə bu tendensiyanın daha da güclənəcəyi proqnozlaşdırılır.

Zülfiyyə Məmmədova

Haber akışı

Şu anda haber akışın da haber yok...