Təhsil 365 - Logo Mobile

İngiltərə şagirdlər ilə bağlı yeni qərar verməyə hazırlaşır

10429.09.2025 - 11:51
İngiltərə şagirdlər ilə bağlı yeni qərar verməyə hazırlaşır

İngiltərənin dövlət məktəblərində təhsil alan ağdərili fəhlə sinfinin uşaqlarının nailiyyətlərini, ümumilikdə təhsilin keyfiyyətini yüksəltmək üçün yeni oxu testləri yaradacaq.

Tehsil365” xarici KİV-ə istinadən bildirir ki, hökumətin məktəblərlə bağlı yaxın vaxtlarda açıqlayacağı “ağ kitab”a (qanun layihəsinə) daxil ediləcək yeniliyə əsasən, hazırda nailiyyətləri aşağı olan 8-ci sinif şagirdlərinin oxu qabiliyyətini yoxlamaq üçün yeni test imtahanı keçiriləcək. 

Əgər bu qərar təsdiqlənsə, 2028 və ya 2029-cu ildən imtahanların keçirilməsinə başlanılacaq və məktəblilərin nəticələri təhsil müəssisələri üzrə deyil, milli səviyyədə dərc olunacaq.

Sevinc Yarməmmədova

Haber akışı

Şu anda haber akışın da haber yok...