Birləşmiş Ərəb Əmirliklərinin “əl-Fuceyra” televiziya kanalında “Səyahət və süfrə” proqramın son buraxılışı Azərbaycana həsr edilib.
“Tehsil365”xəbər verir ki, iki hissədən ibarət olan proqramda “Zakher Travel”in əməkdaşları Lyama Alex Raşi və Reham Ahmed verilişin aparıcısı Məryəm əz-Zənhaninin iştirakı ilə Azərbaycanın tarixinə və incəsənətinə dair maraqlı təqdimatlar ediblər.
Ümumi həcmi bir saat olan proqramda Azərbaycanın turizm imkanları, mətbəxi, təbiəti, milli musiqisi, xalçaçılıq sənəti, habelə qədim tarixi abidələri və zəngin memarlığından, eləcə də milli geyimlərindən bəhs edilir. Heydər Əliyev Mərkəzi, İçərişəhər və ölkəmizin digər memarlıq abidələri aparıcının və qonaqların maraqlı və özünəməxsus təqdimatında tamaşaçılara nümayiş olunur.