Təhsil 365 - Logo Mobile

Don Dövlət Texniki Universiteti kənd təsərrüfatında mühəndislik inkişaf mərkəzi açacaq

22301.10.2025 - 08:11
Don Dövlət Texniki Universiteti kənd təsərrüfatında mühəndislik inkişaf mərkəzi açacaq

Rostov vilayətində yerləşən Don Dövlət Texniki Universiteti (DSTU) Rusiya Sənaye və Ticarət Nazirliyinin qrantını qazanaraq kənd təsərrüfatı maşınqayırması üzrə Mühəndislik İnkişaf Mərkəzi yaradacaq.

Tehsil365” xəbər verir ki, bu barədə xarici media məlumat verib.

Bu mərkəz Rusiyada nadir ixtisaslaşmalardan biri olacaq, çünki kənd təsərrüfatı texnikasının dizaynı və istehsalı üzrə ayrıca istiqamət universitetlərdə çox rast gəlinmir.

Yeni mərkəz müasir kənd təsərrüfatı texnikalarının, innovativ avadanlıqların, alətlərin və texnologiyaların hazırlanması ilə məşğul olacaq. Layihədə süni intellekt, maşın görməsi və avtonom idarəetmə sistemlərinin kənd təsərrüfatı texnikasına tətbiqi nəzərdə tutulur. Universitet rəhbərliyi bildirib ki, bu təşəbbüs Rusiya kənd təsərrüfatında “texnoloji suverenliyi” gücləndirəcək, yəni xarici texnologiyalardan asılılığı azaldacaq.

DSTU-nun rektoru Besarion Meşxi qeyd edib ki, universitetin müsabiqədə bütün texniki və qeyri-texniki ali məktəbləri qabaqlayaraq birinci yeri tutması böyük uğurdur və eyni zamanda məsuliyyətdir.

Nigar Rəhimova

Haber akışı

Şu anda haber akışın da haber yok...