Özbəkistanda son illərdə təhsil sektorunda ciddi islahatlar aparılır. “Təhsil haqqında” qanun yenilənib, xalq təhsilinin İnkişaf Konsepsiyası hazırlanıb.
“Tehsil365” xəbər verir ki, bu barədə xarici media məlumat verib.
Dövlət ümumi orta təhsili icbari və pulsuz etməklə yanaşı, ibtidai peşə-ixtisas təhsili sahəsində də inkişaf proqramları tətbiq edilir. Məktəblərdə ibtidai mərhələdə iki xarici dil öyrənilməsi, peşə yönümlü fənlərin mərhələli tətbiqi və şagirdlərin milli-mənəvi dəyərlərə yönəldilməsi kimi tədbirlər həyata keçirilməkdədir.