Təhsil 365 - Logo Mobile

BDU XI Bakı Beynəlxalq Kitab Sərgisində iştirak edir

12301.10.2025 - 13:43
BDU XI Bakı Beynəlxalq Kitab Sərgisində iştirak edir

Bakı Dövlət Universiteti (BDU) Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən XI Bakı Beynəlxalq Kitab Sərgisində iştirak edir.

“Tehsil365” xəbər verir ki, sərgidə BDU-nun Elmi Kitabxanasında qorunan, bu ali təhsil müəssisəsinin professor və müəllim heyətinin son iki ildə nəşr olunmuş kitabları, dərslik və dərs vəsaitləri nümayiş etdirilir. Həmçinin BDU-nun “Nəşr Evi”ndə çap olunan “Bakı Universitetinin Xəbərləri” jurnalının son illərə aid hər 4 seriyası, fakültələrin konfrans materialları, dərslik, dərs vəsaiti və monoqrafiyalar stenddə təqdim olunur. Stenddə universitetin tarixi, fəaliyyəti, elmi və pedaqoji nailiyyətləri barədə məlumatlandırıcı videoçarx da nümayiş edilir.

Ziyarətçilərə stenddə təqdim olunan nəşrlər barədə ətraflı məlumat verilir, üzərində BDU-nun loqosu olan çap məhsulları hədiyyə olunur.

BDU-nun sərgidə iştirakı universitetin elmi və tədris potensialını geniş ictimaiyyətə çatdırmaq, tələbə və məktəbli kitabsevərlərlə birbaşa ünsiyyət imkanı yaradır.

Açılış günündə Bəxtiyar Vahabzadə və Üzeyir Hacıbəyli təqdimat zonalarında BDU-nun Elmi Kitabxanasının əməkdaşı Məcid Heydərlinin (Seyyid Əsri) müəllifi olduğu “Fidan çiçəkləri” kitabının da təqdimatı keçirilib.

Xatırladaq ki, Bakı Ekspo Mərkəzində keçirilən XI Bakı Beynəlxalq Kitab Sərgisi “Texno-insan: dünənin əfsanəsi, bu günün hadisəsi” mövzusuna həsr olunub və oktyabrın 7-dək davam edəcək.

Zəhra Feyzizadə

Haber akışı

Şu anda haber akışın da haber yok...