Oktyabrın 1-dən 7-dək Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində keçirilən XI Bakı Beynəlxalq Kitab Sərgisində Mingəçevir Dövlət Universiteti də təmsil olunur.
Mingəçevir Dövlət Universitetidən “Tehsil365”ə məlumat verilib ki, sərgidə universitetin elmi nəşrləri, müəllim və tələbələrin qələmə aldıqları kitab və məqalələr nümayiş etdirilir. Həmçinin MDU tələbələri ziyarətçilərə universitetin akademik mühiti, tədris və tədqiqat istiqamətləri, beynəlxalq əməkdaşlığı barədə məlumat verirlər.
Tədbir iştirakçıları, millət vəkilləri və dövlət rəsmiləri tərəfindən MDU stendinə göstərilən diqqət və maraq yüksək olub.
Bu ilki sərgidə 23 ölkədən 68 xarici təşkilat, eləcə də 123 yerli nəşriyyat, poliqrafiya və ali təhsil müəssisəsi iştirak edir. MDU rəhbərliyi sərginin yüksək səviyyədə təşkilinə görə Mədəniyyət Nazirliyinə və bütün təşkilatçılara təşəkkürünü bildirib.