Rusiya paytaxtındakı M.İ.Rudomino adına Xarici Ədəbiyyat Kitabxanasının oval zalında Moskva Beynəlxalq Qadınlar Klubunun (“The International Women’s Club of Moscow” - IWC) diplomatik mövsümünün açılışı olub.
“Tehsil365” xəbər verir ki, IWC-nin digər üzvləri ilə yanaşı, Azərbaycanın Rusiyadakı səfirliyi də klubun yeni mövsümünün rəsmi açılışı və mədəniyyət proqramının təşkilində fəal iştirak edib, o cümlədən, mədəni proqram çərçivəsində Azərbaycanın və Rusiyanın Əməkdar artisti Rəna Qafarlının çıxışı olub. O, qonaqlara Azərbaycan xalq rəqslərini təqdim edib.
Tədbirdə kitabxananın baş direktoru Marina Zaxarenko, regionlararası və beynəlxalq əməkdaşlıq üzrə direktor müavini Miqel Palasio və Azərbaycanın Rusiya Federasiyasındakı səfirinin xanımı Nisə Mustafayeva çıxış ediblər.