Təhsil 365 - Logo Mobile

Adil Kərimli iranlı həmkarı ilə kino istehsalında əməkdaşlığı müzakirə edib

10501.10.2025 - 15:45
Adil Kərimli iranlı həmkarı ilə kino istehsalında əməkdaşlığı müzakirə edib

İspaniyanın Barselona şəhərində keçirilən UNESCO-nun Mədəniyyət Siyasətləri və Dayanıqlı İnkişaf üzrə Dünya Konfransı çərçivəsində Azərbaycan mədəniyyət naziri Adil Kərimlinin İran İslam Respublikasının mədəniyyət və islami irşad naziri Abbas Saleh Şəriəti ilə görüşü olub.

“Tehsil365” “Report”a istinadən xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, söhbət zamanı Azərbaycan ilə İran arasında mədəniyyət sahəsində əlaqələrin genişləndirilməsi, xüsusilə, beynəlxalq mədəniyyət layihələrində iştirak, kino istehsalı sahəsində əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Aysel Paşayeva

Haber akışı

Şu anda haber akışın da haber yok...