30 sentyabr 2025-ci il tarixinə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 11 milyard 310.5 milyon ABŞ dolları təşkil edib.
‘‘Tehsil365’’ Mərkəzi Banka istinadən xəbər verir ki, bankın valyuta ehtiyatları illik müqayisədə 485.3 milyon ABŞ dolları və ya 4.1% azalıb.
2024-cü ilin eyni dövründə bu göstərici 11 milyard 796 milyon dollara bərabər olub.
Qeyd edək ki, Mərkəzi Bankın valyuta ehtiyatları 1 ay əvvəllə müqayisədə isə 0.5% artıb.