Təhsil 365 - Logo Mobile

Banklar kredit faizlərindən 2,5 mlrd. manat gəlir əldə ediblər

10101.10.2025 - 19:00
Banklar kredit faizlərindən 2,5 mlrd. manat gəlir əldə ediblər

Azərbaycan bankları 2025-ci ilin yanvar-avqust aylarında müştərilərə verilmiş kreditlərdən 2 milyard 544 milyon manat faiz gəlirləri əldə ediblər.

‘‘Tehsil365’’ Mərkəzi Banka istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 496 milyon manat və ya 24,2% çoxdur.

Banklar 2024-cü ilin eyni aylarında 2 milyard 48.8 milyon manat kreditlər üzrə faiz gəlirləri əldə etmişdilər.

İlk 8 ayda (yanvar-avqust ayları) bankların cəmi faiz və gəlirlərin bu qəbildən olan növləri üzrə gəlirləri illik müqayisədə 589.2 milyon manat (22,2%) artaraq 3 milyard 237 milyon manata yüksəlib.

Səma Qarayeva

Haber akışı

Şu anda haber akışın da haber yok...