Təhsil 365 - Logo Mobile

“Beynəlxalq Müəllimlər Günü”nə həsr olunmuş intellektual oyun keçiriləcək

11401.10.2025 - 19:15
“Beynəlxalq Müəllimlər Günü”nə həsr olunmuş intellektual oyun keçiriləcək

3 oktyabr Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi, Şəki şəhər Gənclər və İdman İdarəsi, həmçinin MİHİ Şəki rayon Komitəsinin təşkilatçılığı ilə Şəki şəhər Heydər Əliyev Mərkəzində intellektual oyun təşkil olunacaq.

Tehsil365” xəbər verir ki, tədbir 5 oktyabr – “Beynəlxalq Müəllimlər Günü” münasibətilə keçirilir. İntellektual oyunda iştirakçılar öz bilik və məntiqi düşünmə qabiliyyətlərini nümayiş etdirəcək, müəllimlərin cəmiyyətdəki əvəzsiz roluna həsr olunmuş suallara cavab verəcəklər.

Qeyd edək ki, yarışın əsas məqsədi gənclər arasında elmi biliklərin təşviqi, intellektual mühitin gücləndirilməsi, həmçinin müəllimlərə ehtiramın ifadə olunmasıdır.

İntellektual oyun Şəki şəhər Heydər Əliyev Mərkəzində saat 11:00-da start götürəcək.

Fatimə Quliyeva

Haber akışı

Şu anda haber akışın da haber yok...