Təhsil naziri Doğtürkül Kendirbaeva bildirib ki, Bişkek sürətlə artan əhali və məktəblərin yüksək tələbi ilə üz-üzədir, amma müəllim sayı tələbata çatmır.
“Tehsil365” xəbər verir ki, bu barədə xarici media məlumat verib.
Çözüm kimi pedaqoji universitetlərin 3- və 4-cü kurs tələbələrinin həm təhsil alması, həm də məktəblərdə işləməsi planlanır. Bu həm praktiki təcrübə, həm də müəllim ehtiyacının qısa müddətdə yüngülləşdirilməsi üçün düşünülüb.