Qədim Misirdə inşa edilən piramidalar sadəcə fironların məzarı deyil, həm də o dövrün gücünü və zəngin mədəniyyətini nümayiş etdirən memarlıq inciləri hesab olunur. Onların hər biri insan zəhmətinin, dini inancın və incəsənətin birləşməsindən yaranmış möhtəşəm əsərlərdir.
"Tehsil365" xəbər verir ki, dünyanın yeddi möcüzəsindən biri sayılan Xufu piramidası bu günədək mövcudluğunu qoruyub saxlayır. Bu abidə insanlıq tarixinin ən böyük mədəni nailiyyətlərindən biri olaraq qəbul edilir.
Piramidalar bu gün də həm turistlərin, həm də alimlərin diqqətini cəlb edir. Onlar qədim sivilizasiyaların həyatına işıq salmaqla yanaşı, Misir mədəniyyətinin əbədiliyini də simvolizə edir.