Təhsil 365 - Logo Mobile

Bağçalara növbəyə yazılma prosesi başlayır

4502.10.2025 - 13:37
Bağçalara növbəyə yazılma prosesi başlayır

2025-2026-cı tədris ili üzrə 2 oktyabr 2025-ci il, saat 11:00-dan etibarən məktəbəqədər təhsil müəssisələrinə növbəyə yazılma prosesinə yenidən start verilir.

Bu barədə “Tehsil365” xəbər verir ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Qəbul prosesi bq.edu.az portalı vasitəsi ilə elektron formada həyata keçirilir.

Məktəbəqədər təhsil müəssisələrinə qəbul sistemində növbə yaradarkən bir uşaq üçün maksimum üç məktəbəqədər təhsil müəssisəsini seçmək mümkündür. Mövcud növbələrin boş yer olduğu halda sorğuya çevrilməsi prosesi minimum beş gündən sonra həyata keçiriləcək.

Qeyd edək ki, uşaqların məktəbəqədər təhsil müəssisələrində boş yerlərə qəbulu il boyu davam etdiriləcək.

Çiçək Baxşıyeva

Haber akışı

Şu anda haber akışın da haber yok...