Təhsil 365 - Logo Mobile

“Səmanın sərhədində insan və texnologiya” mövzusunda təqdimat keçirilib

8702.10.2025 - 14:00
“Səmanın sərhədində insan və texnologiya” mövzusunda təqdimat keçirilib

Milli Aviasiya Akademiyasının Kitabxana-informasiya şöbəsinin təşkilatçılığı ilə “Səmanın sərhədində insan və texnologiya” mövzusunda təqdimat keçirilib.

“Tehsil365” xəbər verir ki, tədbirdə əvvəlcə kitabxananın fəaliyyəti ilə bağlı videoçarx nümayiş olunub.

Təqdimat mərasimində kitabxana-informasiya şöbəsinin müdiri Günel Şıxəliyeva kitabxananın fəaliyyət istiqamətləri, yeni nəşrlər, elektron və çap məhsulları barədə ətraflı məlumat verib.

Professor Kamal Əsgərov aviasiya və aerokosmik sahələrdə əldə olunan nailiyyətlərdən söz açaraq insan-texnologiya əməkdaşlığının yeni perspektivlər yaratdığını vurğulayıb. O, həmçinin “Tətbiqi optoelektronika” dərs vəsaiti və “Ümumi metrologiya və kalibrləmə nəzəriyyəsi” monoqrafiyasını sərgi ziyarətçilərinə təqdim edib. K.Əsgərov Azərbaycanda optoelektronika sahəsində aparılan elmi-tədqiqat işləri, gecəgörmə cihazları, termal müşahidə qurğuları və lazer məsafə ölçənlərin yaradılması barədə geniş məlumat verib. O bildirib ki, bu texnologiyalar ölkənin müdafiə potensialının gücləndirilməsində mühüm rol oynayır.

Daha sonra MAA-nın tələbələrinin hazırladığı layihələr təqdim olunub. Bu layihələr həm ölkə daxilində, həm də beynəlxalq miqyasda akademiyanı uğurla təmsil edib.

Tədbirin bədii hissəsində tələbələr Azərbaycan klassik ədəbiyyatından qəzəl və musiqi nümunələri səsləndiriblər.


Aydan Quliyeva

Haber akışı

Şu anda haber akışın da haber yok...