Təhsil 365 - Logo Mobile

İçərişəhərdə Azərbaycan Miniatür Sənət Muzeyi açılıb

13702.10.2025 - 13:45
İçərişəhərdə Azərbaycan Miniatür Sənət Muzeyi açılıb

İçərişəhərdə “Kölgəsiz dünya” sənədli filminin təqdimatı və Azərbaycan Miniatür Sənəti Muzeyinin təntənəli açılış mərasimi keçirilib.

“Tehsil365” xəbər verir ki, əvvəlcə ICESCO-nun Regional Ofisində “Kölgəsiz dünya” sənədli filmi nümayiş olunub.

Filmin müəllifləri rəssam Cəmilə Qaşımova və Afaq İmanzadə tamaşaçılara əsərin ideya istiqamətindən söz açıb.

Təqdimatda İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud, bir sıra mədəniyyət və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Daha sonra qonaqlar XIV əsrin yadigarı olan Molla Əhməd məscidində təşkil edilən Azərbaycan Miniatür Sənət Muzeyinin açılışına qatılıblar. Açılış mərasimində elm və incəsənət aləminin tanınmış simaları çıxış edərək, muzeyin Azərbaycan miniatür sənətinin öyrənilməsində və gələcək nəsillərə çatdırılmasında mühüm rol oynayacağını vurğulayıblar.

Muzeyin ilk ziyarətçiləri ekskursiya zamanı miniatür sənətinin zəngin nümunələrini görmək imkanı əldə ediblər.

Zəhra Feyzizadə

Haber akışı

Şu anda haber akışın da haber yok...