Təhsil 365 - Logo Mobile

Milli Kitabxanada “Əməkdar incəsənət xadimi Səyavuş Məmmədzadə - 90” adlı ənənəvi kitab sərgisi açılıb

8102.10.2025 - 14:40
Milli Kitabxanada “Əməkdar incəsənət xadimi Səyavuş Məmmədzadə - 90” adlı ənənəvi kitab sərgisi açılıb

Milli Kitabxanada Əməkdar incəsənət xadimi, şair, nasir, tərcüməçi Səyavuş Məmmədzadənin anadan olmasının 90 illik yubileyi ilə əlaqədar ənənəvi kitab sərgisi açılıb.

“Tehsil365”in məlumatına əsasən,bu barədə Azərtac-a Milli Kitabxanadan məlumat verilib.

Səyavuş İmran oğlu Məmmədzadə 1935-ci il oktyabrın 2-də Bakıda müəllim ailəsində anadan olub. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Filologiya fakültəsində təhsil alıb. Ədəbi fəaliyyətə tələbəlik illərindən başlayıb, “Sınıq” adlı ilk şeiri 1956-cı ildə universitet qəzetində dərc olunub. Onun ədəbi fəaliyyətində poeziya, nəsr, publisistika, bədii tərcümə xüsusi yer tutub.

Azərbaycan poeziyasından rus dilinə ilk poetik tərcüməsi – Ağacavad Əlizadənin Səməd Vurğuna həsr etdiyi şeiri 1956-cı ildə çap olunub. Azərbaycan klassik və müasir ədəbiyyatından rus dilinə, eləcə də rus, bolqar, Ukrayna, Polşa ədəbiyyatından Azərbaycan dilinə etdiyi tərcümələri dövri mətbuatda çap olunub.

Səyavuş Məmmədzadə “Əməkdar mədəniyyət işçisi” (1984) və “Əməkdar incəsənət xadimi” (2003) fəxri adlarına layiq görülüb, həmçinin Prezident təqaüdçüsü olub.

Aydan Quliyeva

Haber akışı

Şu anda haber akışın da haber yok...