Azərbaycanın milli mədəniyyət incilərindən biri olan muğam sənəti əsrlərdir xalqın ruhunu, düşüncəsini və hisslərini ifadə edir. Bu musiqi janrı UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına da daxil edilib.
"Tehsil365" xəbər verir ki, son illərdə müxtəlif ölkələrdə təşkil olunan beynəlxalq festivallarda Azərbaycan muğam ustaları çıxış edərək mədəniyyətimizi tanıdırlar. Gənc ifaçılar da muğam məktəblərində təhsil alaraq bu ənənəni yaşadır.
Mütəxəssislər bildirirlər ki, muğamın inkişafı yalnız musiqi deyil, həm də xalqın mənəvi irsinin qorunması baxımından böyük əhəmiyyət kəsb edir. Bu səbəbdən də muğamın təbliği dövlət səviyyəsində dəstəklənir.