2 oktyabr Oğuz rayonunda AMEA Şəki Regional Elmi Mərkəzinin təşkilatçılığı və Oğuz MKS-nin dəstəyi ilə “Bəxtiyar Vahabzadə yaradıcılığında ana dili məsələləri” mövzusunda elmi-praktiki konfrans keçirilib.
“Tehsil365” xəbər verir ki, tədbirdə Oğuz rayon İcra Hakimiyyəti İctimai - siyasi və humanitar məsələlər şöbəsinin müavini Ayaz Ağayev,
Şəki REM-in direktor müavini dos. Kamil Adışirinov və digər çıxış edənlər, Bəxtiyar Vahabzadənin yaradıcılığında ana dilinin milli-mənəvi dəyərlərin əsas daşıyıcısı kimi təbliği, klassik irslə bağlılıqlar və şairin milli təəssübkeş mövqeyi vurğulanıb.
Sonda Oğuz rayon MKS-nin direktor əvəzi Nəzakət Qasımova tədbirin təşkilində dəstək göstərənlərə təşəkkür edib, xatirə şəkilləri çəkilib.