Təhsil 365 - Logo Mobile

Məktəbəhazırlıq qruplarında məşğələlərə başlayan uşaqların sayı açıqlandı

10903.10.2025 - 11:00
Məktəbəhazırlıq qruplarında məşğələlərə başlayan uşaqların sayı açıqlandı

Oktyabrın 1-də dövlət ümumi təhsil müəssisələrindəki məktəbəhazırlıq qruplarında məşğələlərə start verilib.

Tehsil365" xəbər verir ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən APA-nın sorğusuna cavab olaraq 2025-2026-cı tədris ilində ölkə üzrə məktəbəhazırlıq qruplarına 87 807 uşaq cəlb edildiyi deyilib.

Qeyd edək ki, məktəbəhazırlıq qruplarının yaradılmasında məqsəd beş yaşlı uşaqların hazırlığı ilə əlaqədar psixoloji dayanıqlığını artırmaq, təhsil mühitinə uyğunlaşdırmaq, onların ünsiyyət və birgə fəaliyyət bacarıqlarına yiyələnməsini təmin etməkdən ibarətdir.

Xalisə Qasımova

Haber akışı

Şu anda haber akışın da haber yok...