4 oktyabr tarixində saat 15:00-15:45 arası Bakı Ekspo Mərkəzində, Qanun Nəşriyyatının stendində deputat Ceyhun Məmmədovun “Gənclərə tövsiyələr” kitabının imza saatı keçiriləcək.
“Tehsil365” xəbər verir ki, bu barədə Ceyhun Məmmədov rəsmi səhifəsində paylaşım edib.Tədbir zamanı kitab sevərlərlə görüş, fikir mübadiləsi aparılacaq və yeni oxucularla tanışlıq imkanları yaranacaq.
Hər bir kitab həvəskarını bu unikal görüşdə iştirak etməyə dəvət edirik.

