Təhsil 365 - Logo Mobile

Adil Kərimli və qətərli həmkarı Bakı Beynəlxalq Kitab Sərgisi ilə tanış olublar

10003.10.2025 - 15:41
Adil Kərimli və qətərli həmkarı Bakı Beynəlxalq Kitab Sərgisi ilə tanış olublar

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 1-7 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində XI Bakı Beynəlxalq Kitab Sərgisi keçirilir.

“Tehsil365” xəbər verir ki, bu ilki sərginin fəxri qonaq ölkəsi Qətər Dövlətidir. Bu münasibətlə dost ölkənin mədəniyyət naziri Şeyx Əbdülrəhman bin Həməd əl-Taninin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir.

Oktyabrın 3-də Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli və qətərli həmkarı sərgi məkanını gəzib, stendlərlə tanış olublar.

Qətərin stendi ilə tanışlıq zamanı ekspozisiya haqqında ətraflı məlumat verilib. Qeyd olunub ki, sərgi günlərində ziyarətçilər bu körfəz ölkəsinin mədəni irsi, ədəbiyyatı və sənət incilərini tanımaq imkanı əldə edəcəklər.

Violetta Əhmədova

Haber akışı

Şu anda haber akışın da haber yok...