Türkiyənin tanınmış yazar, aktyor, hüquqçu və Manisa millət vəkili Bahadır Yenişehirlioğlu Bakıda tələbələrlə görüşəcək.
“Tehsil365” xəbər verir ki, görüş 6 oktyabr 2025-ci il tarixində, saat 16:00-da Yunus Emre Enstitüsündə keçiriləcək. Mədəniyyət və ədəbiyyat həvəskarları üçün nəzərdə tutulan bu tədbirdə Bahadır Yenişehirlioğlu öz yaradıcılıq yolu, sənət fəaliyyəti və ictimai təcrübəsi haqqında fikirlərini paylaşacaq.
Tədbir açıq formatda təşkil olunur və iştirak etmək istəyən hər kəs üçün giriş sərbəstdir.

