Təhsil 365 - Logo Mobile

Tələbə qızlar üçün “Parla” təqaüd və inkişaf proqramına qəbul elan edilib

8706.10.2025 - 13:30
Tələbə qızlar üçün “Parla” təqaüd və inkişaf proqramına qəbul elan edilib

Təhsilin İnkişafı Fondu və “NEQSOL Holding”in birgə əməkdaşlığı ilə həyata keçirilən “Parla” təqaüd və inkişaf proqramına qəbul açıq elan olunub.

Mingəçevir Dövlət Universitetindən “Tehsil365”ə məlumat verilib ki, Proqrama ölkə üzrə bütün ali təhsil müəssisələrinin bakalavriat pilləsində təhsil alan tələbə qızlar müraciət edə bilərlər.

Seçilmiş iştirakçılar aylıq təqaüdlə yanaşı, təcrübə proqramları, mentorluq dəstəyi, təlimlər və “NEQSOL Academy” ilə “LinkedIn Learning” platformaları vasitəsilə dünyanın aparıcı universitetlərinin tədris proqramlarına çıxış imkanı əldə edəcəklər.

Müraciət üçün son tarix 12 oktyabr 2025-ci il olaraq müəyyənləşdirilib. Ətraflı məlumat və müraciət linki üçün https://mdu.edu.az/parla_elan/ ünvanına daxil olmaq mümkündür.

Türkan Kərimli

Haber akışı

Şu anda haber akışın da haber yok...