Təhsil 365 - Logo Mobile

Şəmkirdə anası qətlə yetirilən yeniyetmə hadisə zamanı xəsarət alıb

9507.10.2025 - 07:37
Şəmkirdə anası qətlə yetirilən yeniyetmə hadisə zamanı xəsarət alıb

Şəmkirdə qətl hadisəsi zamanı ailənin övladı bıçaq xəsarəti alıb.

‘’Tehsil365’’ xəbər verir ki, xəsarət alan şəxs 2009-cu il təvəllüdlü A.H. xəstəxanaya yerləşdirilib.

TƏBİB-dən bildirilib ki, oktyabrın 6-da saat 17:30 radələrində xəsarət alması səbəbilə 2009-cu il təvəllüdlü (kişi) şəxs Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya edilib.

Ona sağ əlin 4-cü barmağının və budun arxa səthinin kəsilmiş yarası, sol əlin 4-cü və 5-ci barmağının proksinol nahiyəsinin didilmiş-cırılmış yarası diaqnozu təyin edilib.

Pasiyentə zəruri tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb.

Hadisə nəticəsində 1984-cü il təvəllüdlü (qadın) şəxsin həkiməqədər ölüm faktı qeydə alınıb.

Sevinc Yarməmmədova

Haber akışı

Şu anda haber akışın da haber yok...