Təhsil 365 - Logo Mobile

Cəlilabad məktəbində müəllimlər arası dava olub

8408.10.2025 - 13:00
Cəlilabad məktəbində müəllimlər arası dava olub

Cəlilabadda müəllimlər dərsə görə əlbəyaxa olublar.

Tehsil365” xəbər verir ki, hadisə Cəlilabadın Ləkin kənd orta məktəbində baş verib.

Məktəbin çağırışaqədər hazırlıq müəllimi Telman Mirzəyevlə ibtidai sinif müəllimi Əfsun Məcidov arasında dərslə bağlı yaranan mübahisə davaya çevrilib, onlar bir-birlərinə yumruq zərbələri endiriblər.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunub.

Faktla bağlı araşdırma aparılır.

Könül Əsgərova

Haber akışı

Şu anda haber akışın da haber yok...