Təhsil 365 - Logo Mobile

Qarabağda “Mənəvi dəyərlər” həftəsi keçiriləcək

7309.10.2025 - 12:30
Qarabağda “Mənəvi dəyərlər” həftəsi keçiriləcək

11–14 oktyabr tarixlərində Qarabağda Vətən müharibəsində qazanılmış Zəfərin 5 illiyinə həsr olunmuş “Mənəvi dəyərlər” həftəsi təşkil ediləcək.

Tehsil365” “Dini qurumlarla İş üzrə Dövlət Komitəsi”nə istinadən xəbər verir ki, layihə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Qarabağ Universiteti, Azərbaycan İlahiyyat İnstitutu və Mənəvi Dəyərlərin Təbliği Fondunun birgə təşkilatçılığı ilə həyata keçirilir.

Tədbirin məqsədi gənclərin milli kimlik şüurunun möhkəmləndirilməsi, milli-mənəvi dəyərlərə, tarixi ənənələrə və zəngin irsə bağlılığın artırılmasıdır.

Elnarə İslamova

Haber akışı

Şu anda haber akışın da haber yok...