Təhsil 365 - Logo Mobile

Münafiqlərin tikdiyi Zirar Məscidi və onun taleyi

6809.10.2025 - 13:25
Münafiqlərin tikdiyi Zirar Məscidi və onun taleyi

Hicri 9-cu ildə (miladi 630) Mədinədə münafiqlər özlərinə qərargah məqsədilə Qüba məntəqəsində məscid tikmək istədilər. Peyğəmbərdən icazə istəyən münafiqlər, cavabı Təbuk səfərindən sonra alacaqlarını bilsələr də, sözə qulaq asmayaraq məscidi tikdilər.

Tehsil365” “islam.az”a istinadən xəbər verir ki, Peyğəmbər Təbuk səfərindən qayıtdıqdan sonra onlardan məscidi ziyarət edib orada namaz qılmağı xahiş etdilər. Lakin həmin zaman nazil olan Tövbə surəsinin 107-108-ci ayələrində bu məscid “Zirar” yəni “zərərli məscid” adlandırıldı.

Peyğəmbərin əmri ilə müsəlmanlar dərhal Zirar məscidini dağıtdı və yandırdı. Məscid heç vaxt fəaliyyət göstərmədi və tarixdə münafiqlərin planlarının uğursuzluğunu simvolizə edən hadisə kimi qaldı.

Elnarə İslamova

Haber akışı

Şu anda haber akışın da haber yok...