Təhsil 365 - Logo Mobile

15 yaşlı qızı evlənmək məqsədilə qaçıran gənc həbs edilib

9609.10.2025 - 19:23
15 yaşlı qızı evlənmək məqsədilə qaçıran gənc həbs edilib

15 yaşlı qızı evlənmək məqsədilə qaçıran gənc həbs edilib

Naxçıvan Muxtar Respublikasında yetkinlik yaşına çatmayan qızı evlənmək məqsədilə qaçıran gənc həbs edilib.

Belə ki, 2007-ci il təvəllüdlü Tural Abdulov qonşu kənddə yaşayan 8-ci sinif şagirdi, 2010-cu il təvəllüdlü Aytəni qaçırıb.

Bildirilib ki, Tural 2024-cü il dekabrın 31-də - Yeni il gecəsi də Aytəni onun razılığı ilə evlənmək məqsədilə qaçırıbmış. Lakin həmin vaxt ailələr qısa müddət sonra qızın geri qaytarılması barəsində razılaşıblar.

Babək Rayon Məhkəməsində T.Abdulov barəsində açılmış işə baxılıb. Məhkəmənin 2 oktyabr tarixli hökmü ilə ona 1 il həbs cəzası verilib. 18 yaşlı oğlan məhkəmə zalındaca qandallanıb.

Leyla Ağakişiyeva

Haber akışı

Şu anda haber akışın da haber yok...