TOEFL imtahanına qeydiyyat zamanı Dövlət İmtahan Mərkəzini seçən şəxslər 20 ABŞ dolları məbləğində endirimdən yararlana bilərlər. Endirimi əldə etmək üçün qeydiyyat zamanı BOOSTTOEFL25 endirim kodunu daxil etmək kifayətdir.
“Tehsil365” DİM-in məlumatına əsasən xəbər verir ki, hər bir iştirakçı bu endirimdən iki dəfə yararlana bilər.
2025-ci ilin sonuna kimi keçiriləcək TOEFL imtahanının tarixlərini təqdim edirik:
15 oktyabr 1 noyabr 3 dekabr
25 oktyabr 12 noyabr 13 dekabr
29 oktyabr 19 noyabr 17 dekabr
TOEFL imtahanına qeydiyyat və s. qaydalar haqqında ətraflı məlumatı verilmiş linkdən əldə etmək mümkündür: https://dim.gov.az/az/fealiyyet/qebul-ve-imtahanlar/toefl-ibt

