Dövlət İmtahan Mərkəzi Könüllülük Proqramı elan edir.
“Tehsil365“ xəbər verir ki, layihənin məqsədi gənclərin peşəkar vərdişlərinin formalaşmasına dəstək vermək, onları Dövlət İmtahan Mərkəzinin fəaliyyəti ilə yaxından tanış etmək və gələcəkdə karyera planlamasında təkan verməkdir.
Layihədə iştirak etmək üçün 16-25 yaşlı, ali və ya orta ixtisas təhsili olan və ya hazırda təhsil alan Azərbaycan vətəndaşları qeydiyyatdan keçə bilərlər. Proqramın müddəti 3 aydır.
Son tarix: 1 Noyabr 2025
📩 Qeydiyyat linki:
https://portal.dim.gov.az/volunteer/

