Təhsil 365 - Logo Mobile

Musiqi rəhbəri vəzifəsinə işə qəbul üzrə müsabiqəyə start verilir

11911.10.2025 - 17:20
Musiqi rəhbəri vəzifəsinə işə qəbul üzrə müsabiqəyə start verilir

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrində vakant olan musiqi rəhbəri vəzifəsinə işə qəbul müsabiqəsinə start verilir.

“Tehsil365” MİQ Portal-a istinadla xəbər verir ki, musiqi rəhbəri vəzifəsi üzrə işə qəbul olmaq istəyən müvafiq ixtisas üzrə orta və ya ali ixtisas təhsili namizədlər 7 oktyabr tarixindən 20 oktyabr 2025-ci il tarixinədək şəxsiyyət vəsiqəsinin, diplomun surətlərini ( namizəd şəhid ailəsi və müharibə iştirakçısının ailə üzvüdürsə hər iki katoqoriyanı təsdiq edən sənədlərin surətlərini) yaşadıqları ərazi üzrə Təhsil Şöbələrinə təqdim edərək qeydiyyatdan keçə bilərlər.

Müsabiqə 3 mərhələdən (qeydiyyat, müsahibə və vakant yer üzrə yerləşdirmə mərhələsi) ibarətdir.

Müraciət edənlərin şəxsi məlumatlarının uyğunluğu yoxlandıqdan sonra namizədlər müsahibə mərhələsinə buraxılacaqlar.

Müsahibə mərhələsində namizədlərə 15-20 dəqiqə vaxt ərzində ixtisas, uşaq psixologiyası və pedaqogika, həmçinin təhsil qanunvericiliyi üzrə açıq və praktik suallar veriləcək. Bundan əlavə, müsahibə zamanı namizədin musiqi alətində ifa etmək bacarığı da yoxlanılacaq.

Müsahibədən uğurla keçən namizədlər müvafiq vakant yerlərə yerləşdiriləcəklər. Vakant yer üzrə yerləşdirmə mərhələsində müsahibədə toplanılan bal ardıcıllığına uyğun olaraq vakant yerlər üzrə yerləşdirmə həyata keçiriləcək.

Xədicə Paşayeva

Haber akışı

Şu anda haber akışın da haber yok...