Təhsil 365 - Logo Mobile

Psixoloq vəzifəsinə işə qəbul üzrə müsabiqəyə start verilir

3611.10.2025 - 17:33
Psixoloq vəzifəsinə işə qəbul üzrə müsabiqəyə start verilir

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində vakant olan psixoloq vəzifəsinə işə qəbul müsabiqəsinə start verilir.

“Tehsil365” MİQ Poetal-a istinadla xəbər verir ki, psixoloq vəzifəsi üzrə işə qəbul olmaq istəyən psixologiya üzrə ali təhsilli namizədlər 10 oktyabr tarixindən 31 oktyabr 2025-ci il tarixinədək şəxsiyyət vəsiqəsinin, diplomun, əmək kitabçasının surətlərini (namizəd şəhid ailəsinin üzvüdürsə vəsiqənin surətini) yaşadıqları ərazi üzrə Təhsil Şöbələrinə təqdim edərək qeydiyyatdan keçə bilərlər.

Müsabiqə 4 mərhələdən (qeydiyyat, test, müsahibə və vakant yer üzrə yerləşdirmə mərhələsi) ibarətdir.

Müraciət edənlərin şəxsi məlumatlarının uyğunluğu yoxlandıqdan sonra namizədlər test mərhələsinə buraxılacaqlar. Test mərhələsində hər bir namizədə vəzifə proqramına aid 25, informasiya və kommunikasiya texnologiyalarına, məntiqi təfəkkürün və dünyagörüşünün yoxlanılmasına aid isə hər birindən 5 olmaqla, ümumilikdə 40 test tapşırığı təqdim ediləcək. Test suallarının 70 faiz və daha çoxunu düzgün cavablandırmış namizədlər müsahibə mərhələsində iştirak hüququ qazanacaqlar.

Müsahibədə namizədlərin vəzifə bilikləri, peşəkar kompetensiyaları, psixoloji hazırlığı və dünyagörüşü müvafiq meyarlar əsasında 5 ballıq şkala ilə müvafiq komissiya tərəfindən yoxlanılacaq. Namizədlər meyarlar üzrə ortalama 2,5 bal topladıqda bu mərhələni uğurla keçmiş sayılacaqlar.

Xədicə Paşayeva

Haber akışı

Şu anda haber akışın da haber yok...