Təhsil 365 - Logo Mobile

"Gənclərin düzgün formalaşması üçün dini və elmi biliklər arasında balans vacibdir" - Psixoloq

7013.10.2025 - 13:40
"Gənclərin düzgün formalaşması üçün dini və elmi biliklər arasında balans vacibdir" - Psixoloq

Gənclərin dini və milli-mənəvi dəyərlərlə yanaşı, elmi biliklər əsasında düzgün formalaşması aktual məsələ olaraq qalır.

Psixoloq Fəridə Musəvi “Tehsil365”ə verdiyi açıqlamada bildirir ki, gənclərin həm dini, həm də milli-mənəvi dəyərlərlə yanaşı, elmi biliklərə əsaslanaraq formalaşmasının vacibliyini vurğulayıb.

Onun sözlərinə görə, dinə inanc və mənəvi dəyərlərin qorunması müsbət hal olsa da, bu məsələlərdə fanatizmə yol verilməməlidir.

“İnsan istədiyi dini və ya mənəvi dəyərləri qəbul edə bilər, amma bunu fanatlaşdırmamaq vacibdir. Bəzi ailələrdə və fərdlərdə bu, psixoloji problemlərə gətirib çıxarır. Məsələn, təhsil yarımçıq qoyulur, din isə yanlış formada təbliğ edilir,” – deyə psixoloq bildirib.

Fəridə Musəvi qeyd edib ki, dini məclis və məkanlarda yanlış təbliğata yol verilməməli, aidiyyəti qurumlar bu istiqamətdə ciddi nəzarət həyata keçirməlidir.

O, həmçinin vurğulayıb ki, insanların psixoloji sağlamlığı düzgün qorunduqda, onların etiqadları, seçimləri və yanaşmaları da sağlam olur.

Elnarə İslamova

Haber akışı

Şu anda haber akışın da haber yok...